35 tona yaxın yararsız süd məhsulunu məhv edildi

35 tona yaxın yararsız süd məhsulunu məhv edildi
  30 Avqust 2022    Oxunub:937
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istifadəyə yararsız 35 tona yaxın süd məhsullarını məhv edib.
Bu barədə AzVision.az -a AQTA-dan məlumat verilib. “Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 34.29 ton çəkidə müxtəlif növ süd və süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

AzVision.az


Teqlər:





Xəbər lenti