Rafael Cəbrayılovun həbs olunan qardaşı ev dustaqlığına buraxıldı

   Rafael Cəbrayılovun həbs olunan qardaşı ev dustaqlığına buraxıldı
  31 Avqust 2022    Oxunub:1375
Baş Prokurorluq həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun külli miqdarda dələduzluqda ittiham olunan qardaşı Elşən Cəbrayılovun azadlığa buraxılması ilə bağlı məlumata münasibət bildirib.
Baş Prokurorluqdan AzVision.az -a verilən məlumata görə, Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanaraq istintaqının aparılması üçün Nərimanov rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilmiş iş üzrə Elşən Cəbrayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı Apellyasiya Məhkəməsinin 22.04.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

23.07.2022-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə Elşən Cəbrayılov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti