Azərbaycanlı Türkiyədə idman zalında qətlə yetirildi

   Azərbaycanlı Türkiyədə idman zalında qətlə yetirildi
  03 Sentyabr 2022    Oxunub:656
İstanbul şəhərinin Fatih bölgəsindəki idman zalında silahlı insident yaşanıb.
Seyyid Ömer məhəlləsində yerləşən idman zalında bir nəfər güllələnərək öldürülüb. Hadisə yerinə polis və təcili yardım briqadası cəlb olunub.

Əldə etdiyimiz ilkin məlumata görə, idman zalında qətlə yetirilən şəxs Ceyhun Beyləqanlı adı ilə tanınan azərbaycanlıdır. Sosial şəbəkələrdə yayılan informasiyaya görə, o, kriminal aləmə yaxın şəxsdir. Onun Yadigar adlı digər azərbaycanlı tərəfindən qətlə yetirildiyi iddia edilir.

Türkiyə mediasında hələ ki, idman zalında güllələnən şəxsin kimliyi ilə bağlı məlumat yer almayıb.(Qafqazinfo)

AzVision.az



Teqlər:





Xəbər lenti