Kürdəmirdə kişi arvadını və onun nənəsini bıçaqladı

   Kürdəmirdə kişi arvadını və onun nənəsini bıçaqladı
  05 Sentyabr 2022    Oxunub:783
Kürdəmirin Topalhəsənli kəndində kişi arvadını və onun nənəsini bıçaqladıqdan sonra özünə xəsarət yetirib.
Lənkəran rayon sakini, Hikmət Fikrət oğlu Əhədov ailə münaqişəsi zəminində arvadı Nargilə Eldəniz qızı Əkbərovanı və onun nənəsi Kifayət Hüseyn qızı Məmmədovanı bıçaqlayıb.

Daha sonra H.Əhədov özünü bıçaqlayıb. Yaralıların hər üçü təcili yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qeyd edək ki, çütlük 5 ay əvvəl ailə qurublar. Faktla bağlı araşdırma aparılır. (Report)

AzVision.az



Teqlər:





Xəbər lenti