Xətai rayon icra şöbəsində yanğın baş verməyib

Xətai rayon icra şöbəsində yanğın baş verməyib
  05 Sentyabr 2022    Oxunub:1564
"Bakı şəhəri Xətai rayonu icra şöbəsinin inzibati binasında yanğına dair yayılan xəbərlərlə bağlı bildiririk ki, yanğın nazirliyimizin həmin qurumunun binasında deyil, qonşuluqdakı çay evində baş verib".
Bunu Ədliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib. "Yanğın Xətai rayonu icra şöbəsinə keçməyib. Hal-hazırda yanğın söndürülüb. Xəsarət alan yoxdur", - deyə A.Sabitova qeyd edib.

Xatırladaq ki, bəzi KİV orqanlarında Bakıda Xətai rayonu, M.Hadi küçəsindəki yanğının Ədliyyə Nazirliyinin icra şöbəsinin inzibatı binasında baş verdiyi yazılmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti