Boks 2028-ci il Olimpiadasından çıxarıla bilər

   Boks 2028-ci il Olimpiadasından çıxarıla bilər
  09 Sentyabr 2022    Oxunub:919
2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına boks yarışları daxil edilməyə bilər.
Bu barədə “Reuters” yazıb. Agentliyin məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Beynəlxalq Boks Assosiasiyasının (ABB) Rusiyanın “Qazprom” şirkətinin sponsorluğu nəticəsində yaranan maliyyə asılılığından razı deyil.

“Hazırda boks 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarının idman proqramına daxil edilməyib. Bu məsələdə real irəliləyişin olmadığını nəzərə alaraq, BOK-un İcraiyyə Şurası bu qərarı ləğv etmək iqtidarında deyil və ciddi narahatlıqla ABB-nin rəhbərliyinə nəzarəti davam etdirəcək”-deyə, o bildirib.

BOK əvvəllər təşkilatın idarəçiliyi və maliyyəsi ilə bağlı problemlərə görə ABB-ni Tokio Olimpiadasına vəsiqələrin təşkili səlahiyyətindən məhrum edib. Seçim Beynəlxalq Olimpiya Komitəsinin rəhbərliyi altında aparılıb.

Daha əvvəl Rusiya Boks Federasiyasının baş katibi Tatyana Kiriyenko bildirmişdi ki, rusiyalı idmançıların 2024-cü il Olimpiadasına vəsiqə qazanmaq üçün turnirlərdə iştirak etmək imkanları yoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti