Avropa Liqası: "Qarabağ" ilk qələbəsini qazandı

  Avropa Liqası:  "Qarabağ" ilk qələbəsini qazandı
  15 Sentyabr 2022    Oxunub:1630
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun II turunda Bakıda Fransa "Nant"ı ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionundakı azarkeşlər qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini sükutla yad ediblər.

51-ci dəqiqədə Ovusu növbəti dəfə Lyafon səddini keçə bilməyib. Buna baxmayaraq, 25 yaşlı qanalı hücumçu 60-cı dəqiqədə hesabı açmağa müvəffəq olub. 5 dəqiqə sonra Kadi Borgesin ötürməsindən sonra Abdullah Zubir hesab arasındakı fərqi artırıb. 72-ci dəqiqədə Marko Yankoviç baxımlı qola imza ataraq qonaqları məyus edib. "Nant" sonrakı dəqiqələrdə hesab arasındakı fərqi azaltmağa çalışsa da, istəyinə çata bilməyib. Rəqibini 3:0 hesabı ilə məğlub edən "Qarabağ" qrup mərhələsində ilk qələbəsini qazanıb.

***

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda növbəti qol vurulub. "Köhlən atlar" hesab arasındakı fərqi üç topa çatdırıb - 3:0. Komandanın heyətində 72-ci dəqiqədə Marko Yankoviç fərqlənib.

***

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda növbəti qol vurulub.

"Köhlən atlar" hesab arasındakı fərqi iki topa çatdırıb - 2:0. Komandanın heyətində 65-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

***

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda hesab açılıb.

"Köhlən atlar"ın heyətində Kvabena Ovusu 60-cı dəqiqədə fərqlənib.

***

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda ilk hissə başa çatıb. AzVision.az -ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb. Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edir.

G qrupunun digər matçında "Olimpiakos" "Frayburq"u qəbul edir. "Nant" ilk turda Yunanıstan "Olimpiakos"unu məğlub edib - 2:1. "Qarabağ" isə Almaniyada "Frayburq"a eyni hesabla uduzub.

AzVision.az



Teqlər:





Xəbər lenti