Evdən külli miqdarda pul oğurlayan qadın ələ keçdi

Evdən külli miqdarda pul oğurlayan qadın ələ keçdi
  16 Sentyabr 2022    Oxunub:787
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisindəki mənzillərin birindən 11 000 manat və 4 600 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini F.Mehdiyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti