Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb

Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb
  19 Sentyabr 2022    Oxunub:636
Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb.
Hadisə Ələt-Astara yolunun rayondan keçən hissəsində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşı Süleyman Kurtuluş idarə etdiyi "Merdeces-Benz" markalı yük avtomobilinin təkərini dəyişmək üçün Ələt-Astara yolunda nəqliyyat vasitəsini qaldırıcı ilə havaya qaldırıb.

O, avtomobilin təkərini dəyişərkən qaldırıcının hava təzyiqinin qəflətən boşalması nəticəsində avtomobilin qaz balonlarının altında qalaraq ölüb.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti