Təhqirə görə cəzalandırıldı

Təhqirə görə cəzalandırıldı
  20 Sentyabr 2022    Oxunub:1528
İtaliya Futbol Federasiyası "Roma"nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
AzVision.az"Corriere dello Sport"a istinadən xəbər verir ki, A seriyasının 7-ci turunda "Atalanta" ilə oyunda qırmızı vərəqə alan portuqaliyalı mütəxəssis 1 oyun komandasının texniki zonasında yer almayacaq.

Mourinyo görüş zamanı meydana daxil olaraq rəqibin adı açıqlanmayan futbolçusunu təhqir etdiyinə görə diskvalifikasiya olunub.

Qeyd edək ki, Mourinyo sözügedən oyundan sonra matçın hakimlərini də tənqid edib.
AzVision.az


Teqlər:





Xəbər lenti