Pivəyə görə 25 illik qonşusunun 42 manatını oğurladı

   Pivəyə görə 25 illik qonşusunun 42 manatını oğurladı
  20 Sentyabr 2022    Oxunub:681
Sumqayıt sakini qonşusunun 42 manatını oğurladığına görə həbs edilib.
30 yaşlı şəhər sakini Mehman Əliyev (şərti soyad) yaşadığı binanın həyətində pivə içmək qərarına gəlib. İki butulka pivə içdikdən sonra isə pulu qutarıb. O, 25 ildir eyni məhəllədə yaşadığı Azər Rzayevi pivə içmək üçün həyətə çağırıb. Azərə təklif edib ki, pivəni o alsın və birlikdə içsinlər. Lakin qonşu ona pivə almayacağını bildirib.

Bu zaman Mehman Azərin şalvarının cibindən bir qədər kənara çıxmış pulqabını dartaraq qaçıb. İçindəki pulları götürdükdən sonra portmanatı yerə atıb. Marketdən 3 butulka pivə, 1 qutu siqaret, alışqan və çips alaraq içməyə davam edib. Yolun kənarı ilə getdiyi zaman mülki geyimdə olan polislər onu saxlayaraq bölməyə aparıblar. Mehman bölmədə törətdiyi əməli etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb və Mehman Sumqayıt Şəhər Məhkəməsində mühakimə olunub. Azər məhkəmədə bildirib ki, əslində qonşusunu şikayət etmək istəməyib, həyat yoldaşı ondan xəbərsiz DİN-nin 102 xidmətinə məlumat verib. Məhkəmədə tərəflər barışdıqlarını bildiriblər.

Lakin hakim Mehman Əliyevin Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuuq) maddəsi ilə təqsirli bilinməsinə qərar verib. Hökmə əsaən, təqsirləndirilən şəxs 6 ay müddətə azadlıqdan məhrum edilib.(Qafqazinfo)

AzVision.az



Teqlər:





Xəbər lenti