Xərçəngin çox nadir simptomları - Dildə keyimə...

   Xərçəngin çox nadir simptomları -    Dildə keyimə...
  22 Sentyabr 2022    Oxunub:2363
Onun simptomları da çox insanları duyuq salmır.
AzVision.az xəbər verir ki, doktor Berki az məlum simptomları açıqlayıb.

Məsələn, dilin keyiməsi çox xəstəliklərdə olsa da, ağız xərçəngində də olur.

Bundan əlavə ağızda 2 həftədən çox davam edən ağrı, dildən və selikli qişadan qan, boyunda şişkinlik, yanaqda şiş və qalınlaşma,
boğazda sanki nəsə qalmış kimi hiss, səsin dəyişməsi və ümumi yorğunluq.

"Xəstələrdə daha çox ağız, dodaq kənarında qıcıqlanma, dəridə soyulma, yaralar olub, xəstələr buna əhəmiyyət verməyib, nəticədə 1 il ərzində o düzhüceyrəli xərçəngə çevrilir.

Bir yaxşı xəbər var ki, birinci mərhələdə aşkar olunduqda, bu növ xərçəng 90% müalicə olunur.

Əgər ağız ətrafı və ağız içində hər hansı dəyişiklik 2-3 həftədən çox qalırsa və sağalmırsa, mütləq stomatoloq, onkoloq və ya terapevtə müraciət edin.

Amma insanın ağzı, dili uyuşursa, bu o demək deyil ki, o xərçəngdir.

Bu vitamin defisti, dağınıq skleroz, psixoloji problemlər, allergiyadan da ola bilər.(medicina)

AzVision.az



Teqlər:





Xəbər lenti