Hansı təzyiqdə daha çox insult olur? - Kardioloq
"Çox hallarda insult insanların elə də yüksək hesab etmədiyi təzyiqdə baş verir. İnsult zamanı təzyiqin 180-200-ü keçməsi heç də əsas deyil.
Statistika göstərib ki, insultların çoxu bundan aşağı təzyiqdə olub.
Çox xəstələr gündəlik 160-160 təzyiqləri ilə barışıb və bunu normal hesab edirlər.
Amma 160 təzyiqdə insult daha çox ola bilir, nəinki 200.
Kəskin hipertonik kriz nadir halda olur. Yumşaq hipertoniya insulta daha yaxındır.
Təzyiqi bir qədər yüksək olan kişilərin axşam alkoqol içməsi yüksək insult riski yaradır. Çünki yuxuda ürəyin aritmiyası baş verir.
Ona görə də 160 təzyiqi saxlamaq əvəzinə 140-a salmaq daha məqsədəuyğundur".
AzVision.az
Teqlər: