Mərdəkan və Binədə narkotik alverçiləri tutuldu - VİDEO

Mərdəkan və Binədə narkotik alverçiləri tutuldu -    VİDEO
  05 Oktyabr 2022    Oxunub:674
Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Mərdəkan və Binə qəsəbələrində narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, əməliyyatlar nəticəsində Sahib Əliyev və Vüqar Bayramov tutularaq istintaqa təqdim ediliblər. Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri qeyd edilən qəsəbələrin ərazilərində satmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə onlayn yolla əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.



AzVision.az



Teqlər:





Xəbər lenti