Dünyanı QİÇS-ə bənzəyən yeni virus gözləyir?

   Dünyanı QİÇS-ə bənzəyən yeni virus gözləyir?
  05 Oktyabr 2022    Oxunub:938
Kolorado universitetinin alimləri 15 il ərzində siçanlar üzərində tibbə az məlum viruslar ailələrinin insana yoluxma perspektivini yoxlayıb.
AzVision.az xəbər verir ki, nəticələrə görə vəhşi Afrika iqlimində olan endemik heyvanlarda olan viruslar insana keçib, ölümcül simptomlar yarada bilər.

Son illər alimlər donuz və atlar arasında dövr edən arteriviruslara diqqət yönəldib.
Xüsusilə onlar hemorragik meymun qızdırmasının təhlükəli olacağını deyir. Bu virus Ebola ilə oxşardır.1960-cı ildə makaka meymunları arasında ölüm dalğası yaratmışdı.

Tədqiqat göstərib ki, insan hüceyrəsinə keçmək üçün bu virusda CD163 reseptoru var.

Bu reseptor donuz, siçan və heyvan hüceyrələrinə nüfuz edərək, orda öz surətlərini çıxarır.
Eyni yoluxma QİÇS virusunda da olur.

Bu virus meymunlarda immundefisit SİİV yaradır.

Alimlər bildirir ki, məhz bu tip viruslar yaxın olmasa, 30-50 il sonra yeni pandemiyaların səbəbkarı oal bilər.
Viruslar heyvanlardan insanlara keçəcək.


Teqlər:





Xəbər lenti