Evdən külli miqdarda pul və qızıl oğurlandı

Evdən külli miqdarda pul və qızıl oğurlandı
  08 Oktyabr 2022    Oxunub:780
Bakıda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Kunanbayev küçəsindəki mənzillərin birindən 10.000 manat, 15.000 ABŞ dolları və 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Fərid Nəbiyev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti