Xırdalanda ana və ata uşağa xəsarət yetirib küçəyə atıblar

   Xırdalanda ana və ata uşağa xəsarət yetirib küçəyə atıblar
  08 Oktyabr 2022    Oxunub:1311
Vəkil Vamiq Şükürov Xırdalanda qarşılaşdığı hadisə ilə bağlı polisə müraciət edib.
Bu barədə hüquqşünas “Facebook” səhifəsində yazıb. O bildirib ki, oktyabrın 6-sı gecəyarısı Xırdalanda marketdən çıxarkən diqqətini bir uşaq cəlb edib:

“Hiss olunurdu ki, şortik və qısaqol köynəkdə üşüdüyü üçün marketdə dayanıb kimisə gözləyir. Belə bir vaxtda valideyni yanında olmayan uşağın həyatı üçün narahat olub ətrafdakı bir neçə nəfərlə maraqlanmağa başladım. Çətinliklə olsa da, ünsiyyətə keçə bildik. Uşaq hava almaq üçün bayıra çıxdığını dedi. Ona inanmayıb evlərinə apardıq, qapını döysək də, açan olmadı. Havaya uyğun olmayan, özü də çirkli paltarda və valideyn nəzarətindən kənarda bayıra çıxan uşağın qolunda xəsarət izlərini görüb polisə zəng etdik.

Blokdan həyətə çıxıb əraziyə gələn polisə təhvil verdik uşağı. Bizə deyə bilmədiyini polisə dedi, qolundakı xəsarəti atası vurubmuş. Polis binaya qalxıb qapını açdı və evdə bir qadınla kişini, masanın üzərində narkotik maddələri və tərəzini aşkar etdi. Qadın uşağın anası imiş. Kişi və narkotik maddələrin evində olmasından xəbərsiz olduğunu dedi. Polis qadın, kişi və uşağı idarəyə apardı”.

AzVision.az



Teqlər:





Xəbər lenti