Müharibə veteranları və şəhid ailələri üçün ödənişsiz aksiya keçirilib

Müharibə veteranları və şəhid ailələri üçün ödənişsiz aksiya keçirilib
  10 Oktyabr 2022    Oxunub:1120
8 Oktyabr 2022-ci il tarixində Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının və “Facharzt”nın təşəbbüsü, Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə müharibə veteranları və şəhid ailələrinin üzvləri üçün ödənişsiz aksiya təşkil olunub.
Almaniyadan gələn bir qrup Azərbaycanlı həkim heyəti, Oftalmoloq-Vüsal Həmidli, Otorinolorinqoloq, Baş-boyun cərrahı- Rəşad Novruzov, Otorinolorinqoloq və üz cərrahı- Cavid Hüseynzadə, Damar cərrahı- Sahib Şixaliyev, Travmatoloq və Ortoped- Rəvan Əliyev, Uroloq və Onkoloq- Hikmət İsmayılov, Terapevt- Pərvin Cəfərov, Stomatoloq-Nəriman Cabbarlı , Sağlam Ailə Tibb Mərkəzinin həkimləri Nevroloq- Gülnar Verdiyeva, Ginekoloq- Sevgin Bayramzadə, Dermatoveneroloq İlham İgidov, Pediatrlar Xanım Əhmədova və Kəmalə Rüstəmova, Şüa diaqnostikası üzrə-Zemfira Hacıyeva, Dilarə Umudova, Oqtay Kazımov, Anar Zülfüqarov, Elnurə Əlimirzəyeva tərəfindən ödənişsiz müayinələr aparılıb.

Vətəndaşlar həkim təyinatlarına əsasən laborator müayinələrdən də ödənişsiz şəkildə keçiblər. Keçirilən müayinələrin nəticələrdən asılı olaraq xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin edilib. Xəstəlik aşkarlanmış vətəndaşların sonrakı mərhələdə zərurət olduqda isə cərrahi əməliyyatları həyata keçiriləcək. Layihənin silsilə şəklində keçirilməsi planlanıb.

Ümumilikdə aksiya çərçivəsində vətəndaşlara 504 xidmət göstərilib. Təşkilatçılar tərəfindən media nümayəndələri ilə görüş keçirilib.




AzVision.az



Teqlər: Müayinə   Aksiya  





Xəbər lenti