Dörd dəfə məhkum olunan narkotik aludəçisi ürək tutmasından öldü

Dörd dəfə məhkum olunan narkotik aludəçisi ürək tutmasından öldü
  10 Oktyabr 2022    Oxunub:862
Paytaxtın Nərimanov Rayon Polis İdarəsinin inzibati saxlama məntəqəsində ölüm hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, məhkəmə qərarı ilə barəsində 30 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunan, əvvəllər Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri dörd dəfə məhkum olunan, narkotik aludəçisi 1975-ci il təvəllüdlü Elşad Seyidovun qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Tibbi səylərə baxmayaraq, o ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlər, prokurorluq əməkdaşları cəsədə baxış keçirib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti