Azərbaycanlı jurnalist Amerika Televiziya Akademiyasında – FOTOLAR
Kamran Qasımov Amerika Televiziya Akademiyasının Saban Media Mərkəzində yerləşən “Wolf Theatre” zalında (Amerikanın dünya şöhrətli teleprodüseri, “Qanun və qayda” serialının yaradıcısı Dik Vulfun şərəfinə adlandırılıb) bir sıra yeni ekran əsərlərinin Los-Angeles premyerasında iştirak edib.
Azərbaycan jurnalist həmçinin Amerika Televiziya Akademiyasının kampusuna baş çəkib və Akademiyanın fəaliyyəti ilə tanış olub.
Qeyd edək ki, Amerika Televiziya Sənətləri və Elmləri Akademiyası 1949-cu ildə Sid Kassid tərəfindən təsis olunub. Akademiya tərəfindən hər ilin sentyabr ayında Amerika televiziya şəbəkəsində yayımlanan serial, veriliş və digər növ audiovizual məhsullara, onların yaradıcı və texniki heyətinə ənənəvi və əfsanəvi "Emmi" Mükafatı təqdim olunur.
Teqlər: Media