2020-ci il 13 oktyabr. Tərtərdə 100-dən çox ev dağılıb

      2020-ci il 13 oktyabr.    Tərtərdə 100-dən çox ev dağılıb
  13 Oktyabr 2022    Oxunub:1084
Azərbaycan Ordusunun həmlələri qarşısında aciz qalan düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanları ağır artilleriyadan atəşə tutmaqda davam edir. Bu, Ermənistanın mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu bir daha göstərir.
AzVision.az xəbər verir ki, ilkin məlumata görə, sentyabrın 27-dən bəri Tərtər şəhərində, rayonun qəsəbə və kəndlərində sakinlərə məxsus 100-dən çox ev dağılıb, 500-dək evə, 51 çoxmənzilli yaşayış binasına, 60 yardımçı tikiliyə, 18 sosial, 7 istehsal, 27 ticarət obyektinə, 14 inzibati binaya ziyan dəyib. Mülki şəxslər arasında ölən və yaralananlar var.

AzVision.az



Teqlər:





Xəbər lenti