Şuşada erməni barbarlığının daha bir sübutu – FOTOLAR

   Şuşada erməni barbarlığının daha bir sübutu –    FOTOLAR
  14 Oktyabr 2022    Oxunub:5798
Ermənilər Şuşanı işğal edənə qədər şəhərin Mamayı məhəlləsində yolun kənarında yerləşən bulağın üst hissəsindəki kitabədə belə bir yazı həkk olunmuşdu ki, abidə hicri tarixi ilə 1318-ci (miladi təqvimilə 1900-cu) ildə tacir Səməd ağa Cavanşir tərəfindən tikilib.

Azərbaycan tarixini saxtalaşdırmaq məqsədilə vandal ermənilər bulağın mərkəzi kitabəsindəki qədim yazılar xaçla əvəzləyərək, erməni/kiril əlifbası ilə "Şuşanın hörmətli vətəndaşı Tadevos Tamiryantsın əbədi xatirəsinə. 1900" yazılan iki daş lövhə yerləşdiriblər.


Bu azmış kimi, suyu mənbədən qurudulan bulağın frontal divarında bütpərəstlik dövrünə aid günəş/əbədiyyət simvolu (ermənilərdə - arevaxaç, gürcülərdə - borcqali), erməni "xristianlığını" təmsil edən arevaxaç-xaç sintezi və... Ermənistan Respublikaçılar Partiyasının gerbində yer almış qarğaya bənzər quş təsviri oyulub.


Öz çılız və saxta aləmlərində ermənilər Mamayı bulağının hər üç su xəttini uydurulmuş tarixlərinin əsas "mərhələlərinə" bölüb, "hörmətli Tadevosu" bu hekayənin baş qəhramanı təyin edib, tikilini Çin istehsalı primitiv lampalarla bəzəyiblər.


Halbuki tarixi tikilinin ilkin görkəmi sübut kimi həm SSRİ dövründə çəkilən fotoşəkillərdə, həm də şəhər işğal olunan zaman lentə alınmış videogörüntülərdə qalır.


Terrorçuların ilk eşelonunda gedən erməni keşişinin kömürlə cızdığı "petroqliflərdə" Ağrı dağı, xaç və Xankəndidəki "Biz və bizim dağlar" heykəlinin təsvirini aydın etmək olur; tarixi kitabə isə hələ də yerindədir...

Hazırda Mamayı bulağı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 5165 inventar №-li "yerli əhəmiyyətli memarlıq abidəsi" kimi qorunur və yaxın zamanlarda bərpa olunaraq, öz ilkin görkəmini alacaq.

Hans Kloss
AzVision.az üçün


Bu material Medianın İnkişafı Agentliyinin dəstəyilə hazırlanıb
Mövzu 6.3.5.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.


Teqlər: Şuşa   Erməni-barbarlığı  





Xəbər lenti