Bank kartlarından pul oğurlayan ələ keçdi

Bank kartlarından pul oğurlayan ələ keçdi
  19 Oktyabr 2022    Oxunub:1032
Vətəndaşların bank kartlarından kiber üsullarla pul oğurlayan şəxs tutulub.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polisin keçirdiyi əməliyyat-texniki tədbirlərlə 2002-ci il təvəllüdlü Surət Əliyev saxlanılaraq istintaqa cəlb edilib.

O, aldatma yolu ilə hansısa məhsulun satışı ilə məşğul olan şəxslərə ödəniş etmək adı altında onların bank kart məlumatlarını əldə edərək öz hesabına köçürməklə nağdlaşdırıb. Araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti