İrana keçmək istəyən iki qadın saxlanıldı

   İrana keçmək istəyən iki qadın saxlanıldı
  24 Oktyabr 2022    Oxunub:969
Oktyabr ayının 22-də saat 19:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan İrana keçməyə cəhd göstərən 2 (iki) nəfər Azərbaycan vətəndaşları - 1994-cü il təvəllüdlü Vəliyeva Məryəm Təbriz qızı və 1981-ci il təvəllüdlü Qasımova Aytən Rafiq qızı saxlanılıblar.
Bu barədə AzVision.az -a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Araşdırma zamanı qeyd olunan şəxslərin cari ildə Türkiyədən deportasiya edilərək bu ölkəyə girişlərinə qadağa qoyulduğuna görə dövlət sərhədini pozaraq qanunsuz yolla İrana, oradan isə Türkiyəyə keçmək niyyətində olmaları müəyyən edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti