Daşkəsəndəki tarixi abidəni sökməklə qızıl axtaranlar ələ keçdi

   Daşkəsəndəki tarixi abidəni sökməklə qızıl axtaranlar ələ keçdi
  27 Oktyabr 2022    Oxunub:929
Daşkəsəndə qızıl tapmaq məqsədilə tarixi abidəni sökmək istəyən şəxslər saxlanılıb.
Bu barədə AzVision.az -a DİN mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib. Məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinə rayonun Aran Zəylik kəndi ərazisində yerləşən 7-9-cu əsrlərdə inşa olunan Alban Məbədində bir neçə şəxsin qanunsuz olaraq qızıl axtarması və məbədə ziyan vurulması ilə bağlı məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin əraziyə gələrək təxrəsalınmaz tədbirlər həyata keçirib. Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakinləri Namiq Əliyev, Əliağa Əhmədov, Şirvan şəhər sakini Eynur Səmədov, Bakı şəhər sakini Ülfət Niftalıyev və Quba rayon sakini Taleh Şirinov qabaqcadan planlaşdıraraq sözügedən əraziyə gəlmiş, müxtəlif elektrik avadanlıqları və alətlərin köməyi ilə məbədin ərazisində qızıl axtarışlarına başlamışlar.

Həmin şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti