Xadimə işlədiyi evdən pul oğurlayıb bahalı maşın aldı
Araşdırmalar zamanı məlum olub ki, Sonaxanım Məmmədova Bakı Dövlət Universitetinin müəllimi N.Əhmədovun evində aylıq 400 manata xadimə işləyib. O, özünə olan inam və etibardan sui-istifadə edərək hissə-hissə olmaqla N.Əhmədovun mənzilindən 54 min manata yaxın pul oğurlayıb. S.Məmmədova vəsaitin bir hissəsinə özünə “Nissan Murano” markalı avtomobil alıb, həmçinin qızının cehizinə görə yaranmış kredit borcunu ödəyib.
İttiham aktında qeyd edilib ki, Sonaxanım Xaliq Məmmədovla birgə avtomobili alaraq təmir etməyə 30 min manatdan çox pul veriblər. Həmçinin qadının işlədiyi evdən pul götürdükdən sonra bu barədə “WhatsApp” proqramında ona məlumat verməsi barədə mesajlar aşkar edilib.
Məhkəmədə S.Məmmədova və həyat yoldaşı ittihamı qəbul etməyiblər. S.Məmmədova avtomobili öz vəsaiti hesabına aldığını, N.Əhmədovun həyat yoldaşı tərəfindən şərləndiriyini bildirib. O iddia edib ki, evdəki pul ev sahibinin arvadının tanıdığı şəxs tərəfindən götürülə bilər. Təqsirləndirilən şəxs son vaxtlarda ev sahibinin xanımının onu qəsdən bir neçə dəfə evdən pul götürməyə yönəldərək kameraya düşməsini, guya həmişə pulların onun tərəfindən oğurlanması görüntüsü yaratmağa çalışdığını qeyd edib.
Məhkəmə təqsirləndirilən şəxslərin dediklərini özünümüdafiə fikirləri kimi qəbul edib və ər-arvad haqqında ittihamedici hökm çıxararaq onların hər birinə 6 il həbs cəzası verib.(Qafqazinfo)
AzVision.az
Teqlər: