Göyçayda 14 yaşlı qız ərə verilir
“Göyçay Rayon İcra Hakimiyyətinə məlumat üçün bildirirəm ki, Göyçay rayon Çərəkə kəndinin 14 yaşlı sakininin sabah toyudur. Ağsuya ərə verilir. Kəndin icra nümayəndəsi də artıq icarəyə qab-qaşıq verib”.
Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, məsələ nəzarətə götürülüb: “Aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.
AzVision.az
Teqlər: