Adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
Qeyd edək ki, dəstə üzvləri maddi gəlir əldə etmək məqsədilə Mikayıl Mikayılovu oğurlayıb və Sabunçu rayonu ərazisində evdə girov saxlayıblar. Daha sonra isə onun atası Elçin Mikayılovdan oğlunun azad olunması üçün 30 min dollar tələb ediblər. Lakin onlar zərərçəkmişin atasından 30 min manat alaraq M.Mikayılovun sərbəst buraxıblar.
Həmçinin təqsirləndirilən şəxslər M.Mikayılov girovluqda olan zaman onun üzərində olan 350 manatı da götürüblər.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu), 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 180-ci (soyğunçuluq), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə), 228-ci (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə ittiham elan olunub.
AzVision.az
Teqlər: Hökm