"Bir kəllədə, bir də beynin içində iki şiş tapılıb" - “Toppuş bacı”

   "Bir kəllədə, bir də beynin içində iki şiş tapılıb" -    “Toppuş bacı”
  10 Noyabr 2022    Oxunub:683
Beynində şiş aşkarlanan Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) səhhəti barədə məlumat verib.
AzVision.az xəbər verir ki, ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin canlı efirinə bağlanan aktrisa beyninə şüa veriləcəyini bildirib:

"Kimyaterapiyaları dayandırdıq. Artıq bədənim onlara cavab vermir. 65 dəfə kimyaterapiya qəbul etdim. Nə ağciyər, nə qaraciyərdən xərçəng sağalmadı. MRT-nin cavabına görə, bir kəllədə, bir də beynin içində iki şiş tapılıb. Bunun üçün 10 dəfə şüa alacağam, sonra biraz gözləyəcəyik. Əgər şişlərin kiçilməsi olarsa, şüaları davam edəcəyik. Əgər kiçilmə olmasa, bütün müalicələri dayandırmalı olacağıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti