"Haqq savaşında yanınızdayıq, Güney Azərbaycan" - Lalə Azərtaş

   "Haqq savaşında yanınızdayıq, Güney Azərbaycan" -    Lalə Azərtaş
  10 Noyabr 2022    Oxunub:2184
"Haqq savaşınızda sizin yanınızdayıq, Güney Azərbaycan. Haqq ləkə götürməz. Haqq təslimiyyəti sevməz. Haqq ədalət deməkdir. Bu ədalətli yolunuzda biz elə ədalətli olaraq sizin yanınızda dayanmışıq!"
AzVision.az xəbər verir ki, bunu Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişinin aparıcısı Lalə Azərtaş canlı efirdə söyləyib.

O, çıxışı zamanı güneyli soydaşlarımıza dəstəyini ifadə edib: "Bizi zülm ilə ayırmaq mümkün deyil. O taylı-bu taylı Azərbaycana salam olsun! Biz birik, birlikdə olmağa da davam edəcəyik!"


- Bir gün haqq yolunuzdakı qalibiyyətlə siz molla rejimini məhv edəcəksiniz. Bax, o zaman üzərinizə Günəş doğacaq, daha işıqlı gələcəklərə gedəcəksiniz. Siz Azərbaycan dilində təhsil alaraq, öz dilinizdə təhsil alaraq, gələcəyinizin gözəl günlərini təmin edəcəksiniz. Davam edin! Sona qədər yanınızdayıq, qalibiyyətə qədər yanınızdayıq!, - Lalə Azərtaş deyib.

Samir Quliyev
AzVision.az



Teqlər: Güney-Azərbaycan  





Xəbər lenti