Birinci xanımın Şərq motivli libası: "Zövq ilə dəbin sintezidir"

 Birinci xanımın  Şərq motivli  libası:  "Zövq ilə dəbin sintezidir"
  11 Noyabr 2022    Oxunub:2071
Azərbaycanın birinci vitse-prezidenti Mehiban Əliyevanın Özbəkistan səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünə geyindiyi qəhvəyi tonlu, xalça naxışlı libası ölkə mediası və ictimaiyyətinin diqqətini çəkib. Hər kəs Birinci xanımın zövqlə geyindiyi libasdan danışır.
Azərbaycanın tanınmış modelyeri, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova AzVision.az -a bildirib ki, birinci xanımın eleqant geyim üslubları bir çox beynəlxalq nəşrlər, dəb ekspertlərinin də diqqət mərkəzindədir: “Mehriban Əliyeva dəbi maraqla izlədiyi kimi, xüsusi zövqü də var. O, zövqü ilə dəbin elementlərini sintez edərək, özünəməxsus geyim üslubu formalaşdırır. Ümumiyyətlə, dünya ölkələrinin birinci xanımlarının geyimləri hər zaman diqqət mərkəzindədir. Onlarla bağlı mediada fotoreportajlar yayımlanır. Azərbaycanın birinci xanımının da geyim stili eleqant və kalssik üslubdadır”.

Ümumi dəb tendensiyasında Şərq üslubunun və elementlərinin aktual olduğunu söyləyən Fəxriyyə Xələfova əlavə edib ki, bu tərz hər zaman cəlbedicidir, rənglərinə, ornamentlərinə və parça növlərinə görə gözəl görünür.

Moda ekspertlərinin həmişə Mehriban xanımın geyimlərini çox yüksək qiymətləndirdiklərini deyən modelyer onun son istifadə etdiyi libasla bağlı vurğulayıb ki, tünd qəvhəyi rənglər klassik şərq rəngləridir: "Xalça naxışları ümumi printdə yaxşı görünürdü. Ona görə Mehriban Əliyevanın bu libası hər kəsə xoş təəssürat bağışladı. Bundan əvvəl isə Mehriban xanım Şuşa səfərində Xarıbülbül printli libasdan istifadə etmişdi. Bu o deməkdir ki, Mehriban xanım dəbi təqib etməklə yanaşı, tədbirə, oranın atmosferinə uyğun geyinir. Bu, şəxsi zövqdür. Zövqlü xanımlar isə çalışırlar ki, hər zaman geyimlərini xüsusi seçsinlər. Bu seçim Mehriban Əliyevada da çox yaxşı alınır".





Aytən Zəhra
AzVision.az


Teqlər: Birinci-xanım  





Xəbər lenti