Regionlarda yaşayanlar talassemiya və qan donorluğu barədə maarifləndirilirlər

Regionlarda yaşayanlar talassemiya və qan donorluğu barədə maarifləndirilirlər
  12 Noyabr 2022    Oxunub:1065
“Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda talassemiya və qan donorluğu barədə maarifləndirmə” layihəsi çərçivəsində Cəlilabad rayonunda tədbir keçirib.
AzVision.az xəbər verir ki, Cəlilabad rayon Tibb Kollecində keçirilən tədbirdə “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyinin sədr müavini Emin Nəbili, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim hematoloqu İradə Səməd-zadə, Mərkəzi Qan Bankının Lənkəran bölməsinin müdiri İlkin Əsədullayev və kollecin tələbələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Nəbili Emin layihənin məqsədinin dövlətin bu sahədə gördüyü işlərə ictimai dəstək məqsədi daşıdığını bildirib: “2009-cu ildə Heydət Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə talassemiya xəstələri üçün ümid yeri sayılan Talassemiya Mərkəzi istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Proqram üzrə əhalinin talassemiyaya dair maarifləndirilməsi və sosial səfərbərliyi nəzərdə tutulub."

Talassemiyanın yayılmasının qarşısının alınmasının əsas yollarından biri əhalinin bu istiqamətdə maarifləndirilməsi olduğunu qeyd edən Emin Nəbili bu xəstəliklərin yayılmasının qarşısını alınması məqsədilə 2015-ci ildən nikaha daxil olan cütlüklərin tibbi müayinəsinin aparıldığını qeyd etdi.

Çıxış edən hematoloq İradə Səmədzadə da talassemiyanın yayılması, əlamətləri, müalicə üsullarından danışaraq tələbələrə ətarflı məlumat verdi.
MQB-nin Lənkəran bölməsinin müdiri İlkin Əsədullayev qan donorluğunun əhəmiyyətini qeyd etdi:
"Qan donorlarının qanvermə prosedurları arasındakı interval, kişilər il ərzində 4 dəfə, qadınlar isə 3 dəfə qan verə bilər. Qan alındıqdan sonra həmin kütlə 3 əsas hissəyə- eritrosit kütləsinə, trombosit və plazmaya ayrılır. Bu elementlər isə hər biri müxtəlif xəstəliklərdə istifadə olunur. Bir nəfər qan verən şəxs üç nəfərin həyatını xilas etmiş olur."
İlkin Əsədullayev daha sonra tələbələri qan donorluğunda aktiv iştiraka səslədi.

Qeyd edək ki, tədbirdə kollecin 35 tələbəsi iştirak edirdi. Onlara talassemiya və qan donorluğu barədə məlumatların əks olunduğu bukletlər paylanıldı.



AzVision.az



Teqlər: Talassemiya  





Xəbər lenti