Bakıda kişi qadını küt alətlə vurub öldürdü

Bakıda kişi qadını küt alətlə vurub öldürdü
  14 Noyabr 2022    Oxunub:874
Noyabrın 12-si paytaxtın Nərimanov rayonu ərazisində 1975-ci il təvəllüdlü Kifayət İsayevanın öldürülməsi faktı üzrə cinayət işi başlanıb.
Bu barədə AzVision.az -a Nərimanov rayon prokurorluğundan məlumat verilib. Noyabrın 12-si Nərimanov rayonu ərazisində 1975-ci il təvəllüdlü Kifayət İsayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1981-ci il təvəllüdlü Elnur Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı küt alətlə baş nahiyyəsinə xəsarət yetirərək Kifayət İsayevanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə E.Məhərrəmovun olduğu yer müəyyən edilməklə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti