Həbsdəki qardaşına telefon keçirmək istədi
Bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Hacıgözəl Ağagül oğlu Ağagülov ilə qısamüddətli görüşə gəlmiş qardaşı Sumqayıt şəhər sakini Kamal Ağagül oğlu Ağagülov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan gödəkçənin yan cibində 1 ədəd “Samsung Duos” markalı mobil telefon aparatı aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: