Meyiti tapılan şəxsi maşın vurubmuş

Meyiti tapılan şəxsi maşın vurubmuş
  17 Noyabr 2022    Oxunub:711
Bu gün səhər saatlarında Şəmkir-Yeni Həyat yolunda naməlum kişi meyiti tapılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib. O, bildirib ki, hadisə barədə Şəmkir Rayon Polis Şöbəsinə məlumat daxil olub:

“Dərhal şöbə əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində meyitin 1983-cü il təvəllüdlü Şəmkir rayon sakini Yalçın Məmmədov olması və ilkin tibbi ekspertiza rəyinə əsasən avtomobil vurması nəticəsində ölməsi müəyyən olunub. Hazırda hadisəni törətməkdə şübhəli bilinən avtomobil sahibin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

AzVision.az



Teqlər:





Xəbər lenti