Gənclərə biznes və karyera ilə bağlı təlim keçirilib
Təlimin 1-ci hissəsində karyera quruculuğunun mərhələləri və xüsusilə də biznesdə əlaqələrin rolu mövzusuna toxunulub. Karyera inkişafında zəruri olan və əmək bazarının tələblərinə əsasən, ehtiyac olan və önəmli praktik bacarıqlardan bəhs edilib.
Təlimin 2-ci hissəsində ümumi biznes quruculuğunun elementləri, tələbatlı biznes sahələri və planlaması haqda danışılıb, xüsusi uğurlu modellər nümunələr əsasında qeyd olunub. Əlavə olaraq biznesdə piarın rolu və önəmi haqda danışılıb.
Təlimdə əlavə olaraq startapların mahiyyəti haqda da məlumat verilib. Təlim ümumilikdə interaktiv keçirilib və auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
layihənin əsas iştirakçıları sahibkarlıqla məşğul olmaq istəyən gənc bəylər və xanımlardır.
AzVision.az
Teqlər: Layihə