Nazirlik səs yazısı yayılan Nəcibə Axundovaya şans verib

   Nazirlik səs yazısı yayılan Nəcibə Axundovaya şans verib
  25 Noyabr 2022    Oxunub:1213
Elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhərində rüşvət qalmaqalında adı hallanan 45 nömrəli məktəbin direktorunun 34 nömrəli məktəbə təyin edilməsinə aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, nazir direktorların bir illik, müvəqqəti təyin olunduğunu və nəticələrinə nəzarət edildiyini deyib.

"Neqativ hal olanda araşdırılır. Bəzən xüsusi hallar olur. Bunlar həssas qruplardır. Nəcibə Axundovaya daha bir imkan vermək qərarına gəldik. Zaman göstərəcək, şəxsi fikrim budur ki, bu, səhv qərar deyil. İstisnadır və bunun müəyyən əsası var. Lakin bu hər kəsə aid deyil ".

Xatırladaq ki, bir müddət əvvəl səs yazısı yayılan direktor məktəbdə təhsil alan şagirdlərin valideynlərindən pul tələb etməkdə ittiham olunurdu. Səs yazılarının ictimailəşdirilməsindən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi N. Axundovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyini açıqlamışdı. Qeyd olunurdu ki, səhhəti ilə əlaqədar müvəqqəti olaraq işə çıxmayan direktorun müalicəsi başa çatdıqdan sonra iş yerinin dəyişdirilməsi məsələsinə baxılacaq.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti