İrandan narkotik keçirmək istədi

İrandan narkotik keçirmək istədi
  29 Noyabr 2022    Oxunub:878
Noyabr ayının 28-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Arazbarı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə AzVision.az -a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilən tədbirlər nəticəsində Bakı şəhərinin Qaradağ rayon sakini, 1990-cı il təvəllüdlü Niftəliyev Elçin Biləsuvar oğlu saxlanılıb və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 5 kiloqram 50 qram narkotik vasitəyə bənzər maddə (marixuana) aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti