Gültəkin Hacıbəyli sərbəst buraxıldı

   Gültəkin Hacıbəyli sərbəst buraxıldı
  30 Noyabr 2022    Oxunub:1054
Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.
AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, xaricdən ölkəyə qayıdarkən Bakıda hava limanında tutulub.

İlkin məlumata görə, ona bildirilib ki, barəsində cinayət işi başlanıb. Belə ki, ötən ay G.Hacıbəylidən Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə şikayət olunub. Onun barəsində xüsusi ittiham qaydasında cinayət işi açılıb.

Məlum olub ki, G.Hacıbəyli Nəsimi Rayon Məhkəməsi tərəfindən axtarışa verilibmiş. Hazırda G.Hacıbəylinin Nəsimi Rayon Polis idarəsində olduğu, məhkəməyə təqdim olunacağı bildirilir.

***
Sabiq deputat Nəsimi Rayon Polis idarəsinin əməkdaşları tərəfindən məhkəməyə aparılıb. Daha sonra ifadəsi alınaraq sərbəst buraxılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti