1,3 milyard dollarlıq "gələcəyin helikopteri"
Dəyəri 1,3 milyard dollar olan müqavilə 2030-cu illərə qədər davam edəcək. Yeni nəsil helikopterlər təxminən 2000 Black Hawk kommunal helikopterini və 1200 Apache hücum helikopterini əvəz edəcək.
Gələcəyin Uzun Mənzilli Hücum Helikopteri yanacaq doldurmadan təxminən 2440 dəniz mili qət edə, eyni zamanda qoşunların təhlükəli qaynar nöqtələrə çatdırılmasında iştirak edə biləcək.
1980-ci ildən bu yana ABŞ ordusunun bu qədər irimiqyaslı helikopter alışı olmayıb.
Boeing-in 7 milyard dollar xərcləyərək hazırladığı RAH-66 Comanche helikopteri layihəsi 2004-cü ildə ləğv edildi.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: