Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan
AzVision.az -a verilən məlumata görə, Quba rayon sakini N.Məmmədova nazirliyin “102” Xidməti Zəng Mərkəzinə məlumat verərək bildirib ki, tanışı Orxan adlı şəxs onun yaşadığı ünvana gəlib və aralarında yaranmış mübahisə zamanı təlim üçün nəzərdə tutulmuş partlayıcı xüsusiyyətləri olmayan qumbaranı qorxutmaq məqsədilə onun evinə ataraq həmin yerdən uzaqlaşıb.
Heç bir partlayış hadisəsi baş verməyib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayon sakini Orxan Ağalı saxlanılıb. Hazırda faktla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.
AzVision.az