Zaqatalada it 3 yaşlı uşağı ağır yaralayıb

Zaqatalada it 3 yaşlı uşağı ağır yaralayıb
  20 Dekabr 2022    Oxunub:874
Zaqatalada it üç yaşlı uşağın üzünə ağır xəsarət yetirib.
AzVision.az xəbər verir ki, axşam saatlarında rayonun Faldar kənd sakini 2019-cu il təvəllüdlü Rəvan Şərif oğlu Əliyev üz nahiyəsinin it dişləməsi xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

R.Əliyevin xəsarəti dərin olduğundan onun üzündə cərrahi əməliyyat keçirilib.

Quduzluq əleyhinə qarşı peyvənd olunub.

Hazırda üç yaşlı R. Əliyevin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir.
AzVision.az



Teqlər: İt  





Xəbər lenti