Balıq tutmaq istədi, çayda batdı

Balıq tutmaq istədi, çayda batdı
  24 Dekabr 2022    Oxunub:1359
Kür çayında balıq tutmaq istəyən şəxs batıb.
AzVision.az xəbər verir ki, hadisə çayın Tovuz rayonun Qədirli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1975-ci il təvəllüdlü Eldəniz Mikayıl oğlu Məmmədov Kür çayında balıq tutan zaman batıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat verilib. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Hazırda onun axtarışları davam etdirilir.
AzVision.az



Teqlər:





Xəbər lenti