“Bayram ürəyi” sindromu nədir?

“Bayram ürəyi” sindromu nədir?
  29 Dekabr 2022    Oxunub:892
Kardioloq Anastasiya Yusupova Yeni il yeyib içməyindən sonra çox insanlarda yarana bilən “Bayram ürəyi” sindromundan danışıb.
AzVision.az xəbər verir ki, alkoqol və kalorili yeməklərdən sonra çox insanlarda aritmiya tutmaları başlayır və onlar xəstəxanaya gətirilir.
“Alkoqol, yağlı qida, qazlı içkilər orqanizmdə elektrolit balansını pozur, xroniki aritmiya və taxikardiyası olan xəstələrdə ürək ritminin pozulmasına səbəb olur. Belə hal bayramlarda daha çox rast gəlindiyi üçün buna bayram ürəyi sindromu deyilir.

Hətta sağlam, gənc insanda da çox miqdarda yemək-içmək aritmiyaya səbəb ola bilər.

Bayramlarda infarktların da sayı artır. Bəzi insanlar var ki, genetik olaraq aritmiyaya meyillidir, amma bundan xəbəri olmur”.


Təzyiq xəstələrinin də halı bayram süfrəsində pisləşə bilər. Onlar da çox maye və şirniyyat yeməməlidir.Bakupost.az


Teqlər:





Xəbər lenti