B qripi: Səs telləri zədələnir, xırıltı yaranır
Alim qeyd edib ki, B qripinin digər əlamətləri arasında burun-udlaqda bronxlara və ağciyərlərə enən iltihabi prosesin başlanğıcını müşahidə etmək mümkündür. Qıcıxlandırıcılığın qarşısı vaxtında alınmazsa, bakterial infeksiya bronxit və ya pnevmoniyaya, yaxud da tənəffüs çatışmazlığına çevrilir.
Bir çox ölkələrdə A qripi tədricən B qripi ilə əvəzlənir. Lakin bu, növbəti pandemiyaya səbəb ola bilməz.
B qripini A qripindən dərhal ayırd etmək mümkündür. B qripi ilk növbədə səs tellərinə təsir edir. Səsdə xırıltı yaranır, insanlar burnunu çəkməyə başlayır və səsi çox dəyişir.
B qrupu hamilə qadınlarda ciddi xəstəliklər yarada bilər. Döldə virusa görə anadangəlmə qüsurlar və inkişaf geriliyi yaşana bilər. Xəstəlik vaxtından əvvəl doğuşa da səbəb ola bilər.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: