Gün ərzində polis əməkdaşları 1 830 çağırışa çıxıblar
"Post Patrul, Çevik Polis, Yol Polisi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib. Heç bir çağırışa etinasız yanaşılmayıb. Bütün çağırışlar üzrə nəticələr Daxili İşlər Nazirliyi tərəfindən diqqətdə saxlanılıb", - məlumatda deyilir.
Hava şəraiti ilə əlaqədar evdən çıxa bilməyən ahıl və xəstəliyi olan şəxslərin zəruri ehtiyacları ilə bağlı “102 Zəng Mərkəzi”-nin fasiləsiz olaraq məlumatları ərazi polis orqanlarına ötürməklə polis əməkdaşlarının müdaxiləsi təşkil edilib. DİN tərəfindən bütün istiqamətlər üzrə xidmətin fasiləsizliyi davam etdirilir.
AzVision.az
Teqlər: