Ova gedən şəxs ehtiyatsızlıqdan açılmış atəş nəticəsində öldü

Ova gedən şəxs ehtiyatsızlıqdan açılmış atəş nəticəsində öldü
  09 Yanvar 2023    Oxunub:782
Yanvarın 9-u Biləsuvar rayon sakini, 1967-ci il təvəllüdlü Zakir Tağıyevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az -a Biləsuvar rayon prokurorluğundan məlumat daxil olub. Qeyd olunub ki, ilkin araşdırma zamanı Zakir Tağıyevin 09 yanvar saat 16 radələrində 3 nəfərlə birgə Biləsuvar rayonunda yerləşən “Şəhriyar” adlı əraziyə ova getməsi və həmin vaxt orada olan şəxslərdən biri tərəfindən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti