4 yaşlı bacısı oğluna siqaret çəkdirən cəzalandırılıb

4 yaşlı bacısı oğluna siqaret çəkdirən cəzalandırılıb
  11 Yanvar 2023    Oxunub:957
Şərurda 4 yaşlı bacısı oğluna siqaret çəkdirən şəxs cəzalandırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, sosial şəbəkələrdə azyaşlının siqaret çəkməsini əks etdirən görüntülər araşdırılıb. Polis əməkdaşları həmin görüntüləri Şərur rayonu Xanlıqlar kənd sakini Mahmud Həsənovun çəkdiyini müəyyən edib.

Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 4 yaşlı bacısı oğlu ilə etdiyi hüquqazidd hərəkətlərə görə M.Həsənov polis orqanına dəvət edilib və barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti