Xarici ölkə vətəndaşına narkokuryerlik edən tutuldu
Araşdırma zamanı Müzəffər Qədirovun əcnəbi narkotacirin təsiri altına düşərək pul müqabilində onun üçün paytaxtda, eləcə də ölkə ərazisində narkokuryerlik etdiyi məlum olub. Sonuncu dəfə isə 300 manat qarşılığında üzərindən aşkarlanan narkotik vasitələri Bakıdan Ağdaşa gətirən keçmiş məhkum həmin heroin və metamfetamini rayon ərazisindəki qəbiristanlıqda gizlədərkən iş başında yaxalanıb. Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ruslan Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
AzVision.az
Teqlər: