Qış infarktı - Nəyə görə soyuq hava ürək üçün təhlükəlidir?
İsveçdə 16 il ərzində aparılan geniş tədqiqatda 280 min insanın ürəyinin havanın soyumasına reaksiyası təhlil edilib.
Temperatur faktoru 3 hissəyə bölünüb:
- +1 - +10 dərəcə
- +10-dərəcədən yuxarı
- +1dərəcədən aşağı
Tədqiqat dövründə 280 min ürək tutması olub. 90% hallarda ürək tutmaları havanın temperaturu 0 dərəcədən aşağı olduqda vaş verib
Güclü külək, qısa gündüz, havanın yüksək rütubəti də ürək tutmalarını artırır.
Stabil olaraq infarkt təzyiq xəstələri, ahıllarda, diabet xəstələrində olub.
Eləcə də qışda təkrari infarktlar artır.
Həkim kardioloq Yeqor Novikov bildirib ki, soyuq stenokardiyası temperatur qəfil soyuduqda baş verir.
İnsan isti binadan soyuq havaya çıxdıqdı, şaxtaya düşdükdə ürək damarları spazm verir.
Ürək damarlarının reflektor spazmı miokardın qan təchizatını pozur. Əgər stenokardiya tutması çox davam edərsə, tam infarkt baş verə bilər.(Bakupost)
Teqlər: